Minifutbol üzrə Azərbaycan çempionatında X tura start verilib.
“Zirvə yolu”nun məlumatına görə, ilk gündə 4 oyun keçirilib.
Yuxarı pillələrdə qərarlaşan “Aznur” “Baku Fire”ni minimal fərqlə üstələyib. “Siyəzən” isə mövsümdə ilk xalını qazanıb. Adıçəkilən komanda “Galaxy Baku” ilə bərabərə qalıb.
Azərbaycan çempionatı
X tur
13 fevral
“Siyəzən” – “Galaxy Baku” 2:2
“Turan” – “Dinamo Gəncə” 4:3
“Aznur” – “Baku Fire” 4:3
“Sumqayıt” – “Atəşgah Suraxanı” 8:2
Qeyd edək ki, turun “Abşeron” – “Zirə”, “İnter” – “Real Bakı”, “Birbaşa Bakı” – “Odlar Yurdu” və “Dirçəliş” – “Veteran” oyunları bu gün keçiriləcək.