Sumqayıtda özünü 5-ci mərtəbədən atan şəxs xəstəxanaya çatdırılsa da, ölüb.
“Zirvə yolu” məlumat verir ki, Sumqayıt şəhər sakini, 2003-cü il təvəllüdlü Mürvətov Elvin Vüqar oğlu yaşadığı 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən mənzilin eyvanından özünü atıb.
Onun psixoloji problemlərinin olduğu bildirilir.
08:08
Sumqayıt şəhərində özünü 5-ci mərtəbədən atan şəxs sağ qalıb.
“Zirvə yolu” məlumat verir ki, hadisə şəhərin 41-ci məhəlləsində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 2003-cü il təvəllüdlü Mürvətov Elvin Vüqar oğlu yaşadığı mənzilin eyvanından özünü ataraq intihara cəhd edib.
Binanın 5-ci mərtəbəsindən düşməsinə baxmayaraq, o sağ qalıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.