Ukrayna Prezidenti Vladimir Zelenski gələn həftə Berlin, Paris və Londona səfər edəcək.
“Zirvə yolu” xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Onun səfəri fevralın 16-18-də keçiriləcək Münhen Təhlükəsizlik Konfransı ilə üst-üstə düşəcək.
Münhen Təhlükəsizlik Konfransında 50 dövlət və hökumət başçısı ilə yanaşı, 100 nazir də iştirak edəcək.