İqtisadiyyat

Dövlət Vergi Xidmətinin yeni strategiyası hazırlanıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2024-2030-cu illər üzrə strategiyası hazırlanıb.

“Zirvə yolu” xəbər verir ki, bunu qurumun rəisi Orxan Nəzərli Bakıda keçirilən “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” adlı forumda bildirib.

“Strategiyada büdcə gəlirlərinin təmin edilməsi, vergidən yayınmanın və qanunsuz vergi üstünlüyünün qarşısının alınması əsas missiya olaraq müəyyənləşib. Eyni zamanda etibarlı, müasir və könüllü əməletməyə əsaslanan vergi ekosisteminun qurulması hədəflənib. Sözügedən illər üzrə 5 strateji istiqamət müəyyənləşdirilib. Bunlar, könüllü əməletmənin təşviqi, vergidən yayınma ilə mübarizə, təşkilatın institusional inkişafı və insan kapitalı, beynəlxalq əməkdaşlıq və mütərəqqi yeniliklərin tətbiqi və dövlət qurumları ilə birgə iş istiqamətləridir”, – deyə o, qeyd edib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir