“Kristal Abşeron”un tikdiyi binalar MƏZƏ PREDMETİNƏ ÇEVRİLİB… – Təhlükə yaratmaları bir yana…
“Kristal Abşeron” tikinti şirkəti çəkdirdiyi yeni reklamla özünü biabır edib. Şirkət reklamda əslində yeni tikilməkdə olan evlərdə səs keçirməyən materiallardan istifadə etdiyini bildirir. Ancaq həm də etiraf edir ki, bu günə qədər tikdiyi binalarda bu qayda qorunmayıb, divarlar səs keçirir, qonşunun adi danışığı da digər evdə aydın duyulur.
Tribunainfo.az yazır ki, “Kristal Abşeron”un tikdiyi binalarda yaşayan sakinlər də bunu etiraf ediblər. Reklam paylaşımına sakinlərin yazdığı şərhlərdən aydın olur ki, sözügedən şirkətin binaları yaşanılası deyil.
“Kristal Abşeron” sakini Fidan Məmmədli bildirib ki, sözügedən reklamın giriş hissəsi Sumqayıt şəhər 9-cu mikrorayonda yerləşən “Kristal Abşeron” binalarında da çəkmək olardı:
“Yuxarıda ailələr bir-biri ilə söhbət edir, ya da mübahisə olur, biz də aşağıda hər şeyi eşidirik”.
Bina sakini Bəhram İbadov isə bildirib ki, “Kristal Abşeron” öz reklamı iıə sübut edir ki, indiyə kimi tikib satdığınız evlər biabırçı gündədir:
“Gələn səslərin içindən ən mədəni səsi seçib reklama çəkmisiniz”
Həsənli Rafael isə qeyd edib ki, divarın digər tərəfindən qonşunun səsinin eşidilməsinə ancaq “Kristal Abşeron”un inşa etdiyi binalarda rast gəlinir.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.