Cəmiyyət

Astarada 60 yaşlı qadını yük avtomobili vurub

Astara rayonunda 60 yaşlı qadını yük avtomobili vurub.

“Zirvə yolu” DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə xəbər verir ki, fevralın 19-da saat 10 radələrində Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində Ramil Məmmədov idarə etdiyi “DAF” markalı yük avtomobili ilə 1964-cü il təvəllüdlü, Ərçivan qəsəbə sakini Xatun Hüseynovanı vurub.

X.Hüseynova aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir