“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” Portuqaliya çempionatında növbəti oyununu keçirib.
“Zirvə yolu”nun məlumatına görə, Artur Jorjenin baş məşqçisi olduğu kollektiv XXII turda “Farense”ni qəbul edib.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib – 2:1. “Braqa”nın qollarını 62-ci dəqiqədə Simon Banza, 85-ci dəqiqədə Çer Ndur vurublar. Qonaqların heyətində Mohamed Bellumi 74-cü dəqiqədə fərqlənib.
“Braqa” 43 xalla 4-cü, “Farense” 26 xalla 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, “Qarabağ” pley-off mərhələsinin ilk oyununda səfərdə qələbə qazanıb – 4:2. Cavab görüşü fevralın 22-də reallaşacaq.