Polis əməkdaşları həftəsonu vətəndaşlardan avtomat, tapança və tüfənglər götürüb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, fevralın 17-də və 18-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 13 ədəd müxtəlif markalı tüfəng, 10 patron darağı və 1081 ədəd patron təhvil götürüblər.
Həmçinin, həftəsonu keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 3 tapança, 6 ədəd müxtəlif markalı tüfəng, 5 patron darağı və 74 ədəd patron aşkar edilərək götürülüb.