Dünya

HƏMAS Qəzza liderinin yerinə namizəd axtarır

“HƏMAS Qəzza zolağında hərəkatın liderini əvəz edəcək adam axtarır, çünki onlar məğlubiyyətlə üz-üzədirlər və artıq bölgəyə nəzarət etmirlər”.

“Zirvə yolu”nun məlumatına görə, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant deyib.

Onun sözlərinə görə, hərəkatın yüksək rütbəli rəhbərliyi fəal şəkildə Fələstin anklavında qruplaşmanın lideri Yəhya Sinvarı əvəz edəcək adam axtarır.

“HƏMAS öz komandirlərinə artıq etibar etmədiyi üçün növbəti liderini axtarır. Qruplaşmanın Qəzzadakı qolu cavab vermir və hərəkatın xarici rəhbərliyi Qəzzaya nəzarət etmək üçün xaricdə yeni liderlər axtarır”.

Nazir bildirib ki, HƏMAS döyüşçüləri mənəviyyatını itirib: “Əməliyyat zamanı 200 radikal təslim olub, onlarla radikal ələ keçirilib. Əminəm ki, ordumuz HƏMAS-ın qalan batalyonlarını məhv edəcək və israilli girovlar azad edilənə qədər dayanmayacaq.

Xan-Yunisdəki HƏMAS briqadası məğlub olub və hərbi qurum kimi fəaliyyətini dayandırıb. HƏMAS-ın bir hərbi sistem kimi tamamilə dağılması İsrail ordusunun qətiyyətli hərəkət tələb edir. HƏMAS-a kömək edə biləcək heç kim yoxdur – nə iranlılar, nə də beynəlxalq müttəfiqlər”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir