Dünya

Volodimir Zelenski Kupyanskda cəbhə xəttinə gedib

Fevralın 19-da Ukrayna Prezidenti Volodimir Zelenski Kupyansk vilayətində cəbhə xəttinə gedib.

“Zirvə yolu” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının mətbuat xidməti məlumat yayıb.

“Zelenski Xarkov vilayətinə səfəri zamanı Kupyanskın müdafiəsi üzrə döyüş tapşırıqlarını yerinə yetirən “Böyük knyaz Roman” adını daşıyan 14-cü əlahiddə mexanikləşdirilmiş briqadanın batalyon komandanlıq məntəqəsinə baş çəkib”, – qeyd edilib.

Bildirilib ki, Ukrayna dövlət başçısı briqada komandiri polkovnik-leytenant Aleksey Trubnikovun cəbhənin bu hissəsindəki əməliyyat vəziyyəti və Müdafiə Qüvvələrinin bir-birinə yaxın bölmələri ilə qarşılıqlı əlaqə haqqında məruzəsini dinləyib.

Xatırladaq ki, “Forbes” bu yaxınlarda məlumat vermişdi ki, Rusiya tərəfi Kupyansk yaxınlığında 500 tank, 600-ə qədər döyüş maşını, yüzlərlə haubitsa və 40 min hərbi qulluqçu toplayır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir