İdman

Azərbaycan millisinin rəqibinin baş məşqçisi “Napoli”də işləyəcək

UEFA Millətlər Liqasında Azərbaycan yığmasının rəqibi olan Slovakiyanın baş məşqçisi Françesko Kaltsona İtaliyanın “Napoli” klubunda da işləyəcək.

“Zirvə yolu” yerli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Neapol təmsilçisi ilə razılığa əsasən, 55 yaşlı mütəxəssis mövsümün sonuna qədər komandada çalışacaq.

Qurum baş məşqçinin yığmadakı sözləşməsini 2025-ci ilin sonunadək də uzadıb.

Kaltsona son İtaliya çempionunda Valter Madzarrini əvəzləyib.

Qeyd edək ki, Françesko Kaltsona 2022-ci ildən Slovakiya millisinin “sükanı arxasındadır”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir