İdman

“Qarabağ”ın futbolçusu: İlk oyunun nəticəsi “Braqa”nı təəccübləndirmədi

İlk oyunun nəticəsi “Braqa”nı təəccübləndirmədi. Çünki bizi tanıyırdılar, bu cür oynayacağımızı gözləyirdilər.

Bunu “Qarabağ”ın futbolçusu Olavio Juninyo Portuqaliyanın “Braqa” klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu ərəfəsində mətbuat konfransında deyib.

Braziliyalı hücumçu Braqada qeydə alınan 4:2 hesablı qələbənin komandanı arxayınlaşdırmayacağını söyləyib: “Maraqlı oyun olacaq. Rəqibimiz çox güclü komandadır. Matça ciddi hazırlaşmışıq. “Braqa” mövsümə başqa turnirdə başlamışdı, indi Avropa Liqasındadır. Bu da onların təhlükəli olduğunu göstərir. Doğma azarkeşlərimizin qarşısında oynamağımız önəmli faktordur. “Braqa” yaxşı komandadır. Oyunun taleyini detallar həll edə bilər. Buna diqqət yetirməliyik. Doğma azarkeşlərimiz qarşısında oynamağımız üstünlükdür”.

Juninyo “Qarabağ”a qısa zamanda uyğunlaşdığını söyləyib: “Qarabağ” uzun illərdir avrokuboklarda iştirak edir, Avropa təcrübəsi var. Tez bir zamanda bura uyğunlaşdım. Bunda məşqçi amili, oturuşmuş komanda faktoru var. İnanıram ki, azarkeşləri sevindirəcəyik”.

Qeyd edək ki, fevralın 22-də keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir