Qazaxıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Alim Bayel ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
“Zirvə yolu” xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi, gələcək əməkdaşlıq imkanları müzakirə edilib, eyni zamanda Azərbaycanın bu il ev sahibliyi edəcəyi mötəbər tədbir olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.