Manşet Siyasət

Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin edilib, and içib

Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib.

“Zirvə yolu” xəbər verir ki, parlamentin fevralın 23-də keçirilən plenar iclasında Azərbaycan Prezidenti İlham Əliyevin F.Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında təqdimatına baxılıb.

Müzakirələrdən sonra təqdimat səsverməyə çıxarılaraq qəbul edilib. O, daha sonra and içib.

Qeyd edək ki, F.Məmmədov bundan öncə ədliyyə naziri olub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir