Bu ilin yanvar ayında əhaliyə 661 mln. manat məbləğində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sosial təminat növləri üzrə ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən 84,6 mln. manat və ya 14,7 faiz çoxdur.
Qeyd edilib ki, sosial ödənişlərin artırılması istiqamətində növbəti addım olaraq cari ilin əvvəlindən bütün pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqı artımına uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılıb.