Cəmiyyət

“Öldürün! 100 min verib sizi qutaracam!” – Beyləqanda ÖZBAŞINALIQ!

Beyləqan rayon Eyvazallar kənd bələdiyyəsinin sədri Abduləli Məmmədov ETSN-nin əməkdaşı, “Ağ Göl” Milli Parkında yeger vəzifəsində işləyən Fuad Məmmədquliyev Beyləqan rayonunda “Görüş” adlanan əraziyə çağıraraq döy(üb)dürüb.

Hadisə bir və daha çox şəxslər tərəfindən törədilib.
Öncə bələdiyyə sədri özü Ağ Göl qoruğunun yegeri Fuad Məmmədquliyevi vurub, daha sonra başının qoçu dəstələrinə onu döymələrini əmr edib: “Öldürün, 100 min manatda olsa verib sizi qutaracam” deyən bələdiyyə sədri bu sözü ETSN-nin əməkdaşına qarşı davamlı şiddəti stimullaşdırıb.
Onun bu sözümdən sonra bələdiyyəyə sədrinin “yarağlı qoçu dəstələri” yegeri acımasızcasına döyərək ölümcül hala salıblar. Fuad Məmmədquliyev aldığı zərbələrdən kəllə-beyin travması və müxtəlif bədən xəsarətləri alıb.
RealMedia.az-a etibarlı mənbədən verilən məlumatlara görə, bələdiyyə sədrinin təşkilatçılığı ilə, həm də iştirakçısı olduğu hadisədə “yarağlı dəstələri” tərəfindən ETSN-nin əməkdaşının döydürməsinə səbəb bələdiyyə sədrinin dayısının “Ağ Göl” qoruğunda qanunsuz girərək ov etməsi və nəticədə Qoruğun əməkdaşları tərəfindən protokol yazılması bildirilir.
Dayısına qarxmar çıxan bələdiyyə sədri də yegeri “Görüş”ə çağıraraq dayısının barəsində yazılmış protokolun qisasını belə alıb.
Məlumata görə, faktla bağlı Beyləqan rayon prokurorluğunda araşdırmalara başlanılıb.
RealMedia.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir