Gəncə məktəbində Xocalı qurbanları anıldı.
“Zirvə yolu” “Azerinews.az”a istinadən xəbər verir ki, bugün Gəncə şəhər 33 № tam orta məktəbdə məktəbin Dərnək rəhbəri Günel Baratzadənin təşkilatçılığı ilə Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Xocalı qurbanları bir dəqiqəlik sükütla yad edilib. Məktəbin 7 a sinif şagirdlərinin ifasında şeirlər və monoloqlar səsləndirilib.
Xalqımızın başına gətirilən faciə, tarixdə görünməmiş soyqırım, qisası qiyamətə qalmayan Xocalı sakinlərinin didərgin həyatı, qanlı gecə haqqında şagirdlərə məlumat verilib.
Tarix yazan rəşadətli Azərbaycan ordusunun parlaq qələbəsi ilə böyükdən-kiçiyə hamı bir daha qürur hissi keçirib.
Tədbirdə kövrək, ağrılı məqamlara toxunulub. Vətənə qovuşmuş Xocalıdan sevinc və kədərlə söz açılıb. Sevinc qarışıq kədərin fonunda qürur dolu anlar yaşanıb.