Avstraliyalı jurnalist Ben Makdonald müğənni Taylor Sviftin atasını hücumda ittiham edib və polisə müvafiq ifadə verib.
“Zirvə yolu”nun məlumatına görə, bu barədə Avstraliyanın ABC nəşri yazıb.
Jurnalistin sözlərinə görə, 71 yaşlı kişi yerli vaxtla saat 02:30 radələrində Sidneydə estakadada müğənninin şəklini çəkmək istəyən zaman onun üzünə zərbə endirib.
Ben Makdonald bildirib ki, Sviftin təhlükəsizlik komandası çətirləri onun kamerasına tuşlayıb və onu məkandan uzaqlaşdırmağa çalışıb, bundan sonra müğənninin atası ona yumruqla hücum edib. Fotoqraf qeyd edib ki, bu, onun karyerasının 23 ilində ilk belə haldır.
Avstraliya polisi hadisəni araşdırdıqlarını təsdiqləyib.