Manşet Xəbər

Azərbaycanın dəniz sərhədi pozulub, İran vətəndaşları saxlanılıb

Dövlət Sərhəd Хidmətinin (DSX) Sahil Mühafizəsi Azərbaycanın dəniz sərhədini pozan şəxsləri saxlayıb.

“Zirvə yolu” xəbər verir ki, bu barədə DSX-dən məlumat verilib.

Bildirilib ki, “Şahdağ” sərhəd gözətçi gəmisi Xəzər dənizinin Azərbaycana mənsub bölməsinin Ələt reydi istiqamətində cənuba doğru hərəkət edən naməlum hədəf aşkar edib.

Nəticədə “Yamaha-200” mühərriki ilə təchiz edilmiş iki nəfər heyət üzvü olan qayıq saxlanılıb.

Dəniz sərhədini pozduqlarına görə saxlanılmış qayığın heyət üzvlərinin İran İslam Respublikası vətəndaşları, Yusifinecat Mehran Tağı oğlu və Şəhram Mahmudi Qafur oğlu olduqları müəyyən edilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir