İqtisadiyyat

“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” kreditorlarına müraciət edib

Prezident İlham Əliyevin 16 noyabr 2023-cü il tarixli fərmanı ilə ləğv edilmiş “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC kreditorlarına müraciət edib.

“Zirvə yolu”nun məlumatına görə, müraciətdə deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 99 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyindəki bu şirkət 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 2,9 milyon manatdır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir