Dünya

Makron Qərb qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyünü istisna etməyib

Parisdə keçirilən konfransda Qərb ölkələrinin quru qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü müzakirə edilib, lakin orada iştirak edənlər bu mövzuda konsensus əldə etməyiblər.

“Zirvə yolu”nun məlumatına görə, bu barədə Fransa prezidenti Emmanuel Makron görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

“Bu gecə hər şey azad və birbaşa şəkildə müzakirə olundu. Quru qoşunlarının rəsmi yerləşdirilməsi ilə bağlı konsensus yoxdur, lakin zaman keçdikcə heç nəyi istisna etmək olmaz”, – Fransa lideri bildirib.

Bununla belə Makron deyib ki, Ukraynanın Qərb müttəfiqləri Kiyevi uzaqmənzilli silahlarla təmin etmək üçün koalisiya yaradıblar.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir