Manşet Siyasət

Milli Məclis bələdiyyələrin birləşməsi, ayrılması və ləğv edilməsi ilə bağlı qanun layihəsini müzakirəyə çıxarır

Milli Məclis martın 1-də bələdiyyələrin birləşməsi, ayrılması və ləğv edilməsi ilə bağlı qanun layihəsini müzakirəyə çıxaracaq.

“Zirvə yolu”nun xəbərinə görə, bununla bağlı məsələ Regional məsələlər komitəsinin iclasının gündəliyinə daxil edilib.

İclasda aşağıdakı məsələlər müzakirə olunacaq:

1. “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

2. “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

Qeyd edək ki, Prezident İlham Əliyevin təqdimatı ilə Milli Məclisə “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanun layihəsi daxil olub. Layihəyə əsasən, 1000 evdən az olan kəndlərin bələdiyyələri ləğv olunacaq və böyük bələdiyyələr yaradılacaq. Digər bir dəyişikliklə isə bələdiyyələrin sayı təxminən iki dəfə azaldılacaq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir