Azərbaycanda ayrı-ayrı məmurların həm də bir biznes adamı kimi tanınması adi hala çevrilib. Doğrudur, qanunlarımız bunu qadağan edir, amma nə olsun ki…
Beləcə uzun müddətt qanunların üstündə “rəqs edən” sabiq məmurlarımızdan bri də keçmiş deputat və keçmiş səfir Elmira Axundovadır. Dia-az.info bildirir ki, onun çoxsaylı biznesi içində əslində, “Elit” apteklər şəbəkəsi elə də gözə görünəni olmasa da, hazırda bir vətəndaş gileyi səbəbindən diqqətimizi cəlb edib. Yəni mövzumuz keçmiş səfirin apteklər şəbəkəsindən olan bir şikayətdir.
Mehman Uğursoy adlı vətəndaş bildirir:
“Sikayətim məşhur “Elit aptek”dəndir. Çox fırıldaq və saxtakarlıqla məşğuldurlar.
1) “Votsap” nömrələrinə resepti atırsan, qiymeti öyrənirsən. Gedirsən ora, orda başqa qiymət olur (tebii ki daha baha..)
2) Olmayan dərmanları olanda, (20 dəfə desən də ki əvəzedici lazım deyil) ya basqasını, ya da aşağı dozalısını verirlər.
3) Ən maraqlısı 1 resept ayrı-ayrı 3 əczaçıda başqa-başqa qiymətədir. (təsəvvür edin, eyni aptek eyni recept, amma fərqli-fərqli qiymətlər. Bunlar adama baxıb qiymət oxuyurlar.)
4) Resepdə olan dərmanların hamsının pulunu tam alıb, az verirler. (Xəstəni evdə qoyub qaçırsan aptekə, 2 saat gözlə. Gəlirsən ki əskik veriblər)..
5) …
6) …
Aptekin “Votsap” nömrəsinə dəfələrlə yazdım. Cavab vermədilər. Bunlar başa düşmürlər ki, ora heç kim kefindən getmir. Bazar deyil, kartoşka satmırsınız ki deyək cəhənnəm biri də xarab olsun…
Çox məsuliyyətsiz və laqeyd aptekdir…”
Rzayeva adlı istifadəçi də belə yazır dərdini:
“Allah bildiyi kimi eləsin. İnsanların ehtiyacından faydalanırlar.
Bir xanım “Elit” aptekdən anası üçün xərçəng əleyhinə ağıllı dərman sifariş verib.
Sifariş verəndə 700 manar deyiblər, çatdıranda 800 manat deyiblər. Heç yarım saat keçməyibmiş.
Bu qədər qansızdırlar. Qorxmurlar… evdə balalarına xəstə insanların ahı qalmış pulunu aparmağa…”
Günay İbrahimova adlı istifadəçi yazır:
“Siz hələ yaxşısınız…
Mən təzyiqə görə dərman alırdım, əczaçı qız məsləhət gördü ki, belə dərmanlara görə onların vaxtını almayım, başqa apteklərə müraciət edim. Təbii ki, dediyini etdim. Amma sözümü də dedim.
Hal-hazırda az qalıb 1 il olsun ki, ora girmirəm…”(Dia-az.info)
DAVAMI VAR…