Dünya

Ukrayna-Polşa sərhədi bağlanır? – 4 saatlıq görüş

Polşa hakimiyyəti ilə dörd saatlıq danışıqlar zamanı sərhədin bağlanması məsələsi müzakirə olunmayıb.

Bunu Ukraynanın iqtisadiyyat nazirinin müavini Taras Kaçka bildirib.

“4 saatlıq danışıqlarda sərhədin bağlanması variantı qeyd olunmadı. Polşanın Baş naziri Donald Tuskun dediyi kimi, bu, iqtisadiyyatlarımız üçün çox ağrılı qərar olardı”, – Kaçka söyləyib.

Qeyd edək ki, daha öncə Polşanın Baş naziri Donald Tusk Varşavanın Ukrayna ilə sərhədi müvəqqəti olaraq daşımalar üçün tamamilə bağlamaqla bağlı danışıqlar apardığını söyləyib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir