Cəmiyyət

Atatürkün layihəsi bu ölkədə həyata keçirildi – Bütün dünyaya örnək oldu – FOTOLAR

Atatürkün 1937-ci ildə vəfatından əvvəl ərsəyə gətirdiyi, Türkiyəni təməlindən inkişaf etdirməyi hədəfləyən “İdeal Cümhuriyyət Köyü” layihəsi Danimarkanın Brondby şəhərində həyata keçirilərək bütün dünyaya nümunə olub.

Danimarkanın paytaxtı Kopenhagendən bir qədər kənarda yerləşən Brondby Haveby şəhəri unikal dairəvi dizaynı ilə bütün memarlıq formalarını unutdurur.

Məlumata görə, Danimarkada bu kənd təsərrüfatı şəhəri ideyası 1964-cü ildə yaranıb. Brondby Haveby-nin memarları deyirlər ki, layihənin arxasında duran ideya bu ərazilərin sakinləri arasında sosial qarşılıqlı əlaqəni artırmaqdır.

Qeyd olunub ki, layihənin orijinal ideyası Danimarkaya deyil, Mustafa Kamal Atatürkə aiddir.

Belə ki, Atatürkün üzərində çalışdığı və həyata keçirilməsini istədiyi bu layihə Cümhuriyyətin ilk tarix professorlarından olan Afət İnanın “Dövlətçilik prinsipi” və “Cümhuriyyətin 50-ci ilində kəndlərimiz” kitablarına daxil edilmişdir.

Məlumata görə, Afət İnanın kitablarında bəhs etdiyi, hətta bir müddət aidiyyatı nazirliklərə, valiliklərə təqdim etdiyi bu layihəyə müsbət reaksiya verilməyib.(“Haber Global”)






Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir