Uşu üzrə Azərbaycan milli komandaları Rusiyada “Moskva uşu ulduzları” yarışında iştirak edəcək.
“Zirvə yolu” xəbər verir ki, yığmamız yarışda böyüklər, gənclər və yeniyetmələr olmaqla 10 idmançı ilə təmsil olunacaq.
Yeniyetmələrin yarışında Azad Hümbətov (42 kq), Xəyal İbrahimov (44 kq), Hüseyn Məhəmmədov (45 kq), Hümbət Mustafayev, Süleyman Kazımlı (hər ikisi 48 kq), Raul Həsənzadə (56 kq), Ruqəyyə Azərpur (52 kq), Fatimə Azərpur (65 kq), gənclər arasında Yusif Azadi (52 kq) mübarizə aparacaq.
Böyüklərin mübarizəsində isə 6 qat Avropa çempionu Elçin Eminov qüvvəsini sınayacaq.
Komandaya gənclərdən ibarət millinin baş məşqçisi Elçin Eminov və məşqçi Fəxri Namazlı rəhbərlik edəcək.
Qeyd edək ki, sözügedən turnir mayın 3-5-də İsveçin paytaxtı Stokholmda keçiriləcək Avropa çempionatı və iyunun 14-17-də Rusiyanın Kazan şəhərində baş tutacaq beynəlxalq turnirə hazırlıq məqsədi daşıyır.
Aqşin Əsgərov: Bölgə müxbiri