Cəmiyyət

Xətai rayonundakı qanunsuz tikintilərə cavabdeh olan qurumları susduran səbəb nədir? – FOTO

Kimə nə dəxli ki, mən şey satıram?!
Ay alan! Məmləkəti-Rey satıram!

Allah rəhmət eləsin, sənə böyük şair.

Mirzə Ələkbər Sabir üçün hər dövrün şairidir, bu danılmazdır. Amma, deyəsən məmur kürsüsündə əyləşənlərin də iş prinsipləri hər dövr üçün eyni olub.

Şeirdə deyildiyi kimi səlahiyyət sahiblərinin hərəsi bir tərəfdə başını salıb aşağı satışları məşğuldurlar.

Məsələn, elə dəfələrlə aidiyyatı qurumlara rəsmi şəkildə, ictimaiyyətə isə “DogruXeber.az” informasiya portalı və “Kanal14” YouTube kanalında barəsində məlumatlarını verdiyimiz, görüntülərini təqdim etdiyimiz qanunsuz tikintilər kimi. Hansı ki, Suraxanı rayonu, Xətai rayonu, Binəqədi rayonu, Nizami və digər rayonlarda bu cür tikintilər bu gün də davam etdirilir.

Biz görüntüləri ilə məlumatları yayımlayırıq Suraxanı rayonu İcra Hakimiyyəti məlumatları sosial şəbəkələrdə, məlumatların şərh bölməsində təkzib edib, bizi qərəzli yazmaqda ittiham ediblər.

Xətai rayonuna gəldikdə isə, bu rayon yəqin Suraxanı və digərlərindən daha böyük “satış etdiyi” üçün, öz “sanbalını saxlayır”, Heç kimə, heç nəyə məhəl qoymadan aparılan bütün tikintilərə gözünü, qulağını bağlayıb oturub.

Xətai rayonu Həzi Aslanov qəsəbəsində isə “şıdırğı” villa tikintiləri, rayonun digər ərazilərində (Qaçaq Nəbi küçəsində) isə hündürmərtəbəli düz yola bitişik hündürmərtəbəli yaşayış binası, onun da dibində obyekt tikintisi aparılır. Özü də bunun üçün yaşıllıq ağacları qurban verilməkdədir.











Qeyd edək ki, təqdim etdiyimiz fotoları və həmin tikintilərin ünvanlarını Şəhərsalma və Arxitektura Komitəsinə, həmçinin Xətai rayonu İcra Hakimiyyətinə rəsmi sorğularımızla bərabər göndərmişik. Lakin, təəssüflər olsun ki, iki həftə keçməsinə baxmayaraq, hər iki qurum susmaqda davam edir. Bəlli ki, bizim verdiyimiz məlumatlar heç də onlar üçün təzə xəbər deyil…

Amma, hər şeyə rəğmən redaksiyamız hər kəsin söz haqqını tanıyır.

Mövzunu davam etdirəcəyik…

DogruXeber.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir