Month: Fevral 2024

Milli Məclisdə ölkənin su təsərrüfatı ilə bağlı dinləmə keçiriləcək

Milli Məclisdə “Ölkənin su təsərrüfatı: nəticələr, problemlər və çağırışlar” mövzusunda ictimai dinləmə keçiriləcək. “Zirvə yolu”nun xəbərinə görə, toplantı parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə təşkilatçılığı ilə fevralın 28-də baş tutacaq. İclasda deputatlarla yanaşı, müvafiq qurumların…

Azərbaycan karateçiləri beynəlxalq turnirdə 3 medal qazanıblar

Azərbaycan karateçiləri Birləşmiş Ərəb Əmirliklərinin Fujairah şəhərində keçirilən Karate1 turnirində 3 medal qazanıblar. “Zirvə yolu”nun məlumatına görə, beynəlxalq yarışda yığma üzvlərindən ikisi qızıl, biri isə gümüş mükafata yiyələnib. 16-17 yaşlı gənc qızların liqasında Gülay Orucova (59 kq) birinci, oğlanlar arasında…

Ankarada Xocalı soyqırımı anılıb

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Türkiyənin paytaxtı Ankaranın Keçiörən rayonunda yerləşən “Kalaba” Türk Dünyası Meydanında anım mərasimi keçirilib. Azərbaycanın Ankaradakı səfirliyi və Keçiörən Bələdiyyəsi tərəfindən birgə təşkil olunan mərasimdə deputatlar, diplomatlar, Ankara ictimaiyyətinin tanınmış nümayəndələri, Türkiyədə hərbi təhsil alan…