Manşet Səhiyyə

Şirin mərhəməti acı dərmanlara qatan Qüdrət doktor nəticəni digərlərindən daha tez əldə edir

Həkimin insafı, etibarı, xəstəyə fərdi yanaşması xəstələrin müalicə və diaqnostikasında mühüm şərt, həkimlik peşəsinə vicdanla yanaşması, andına sadiq qalması əsas məsələ, incə məqamdır.

Yaxşı həkim olmaq üçün öncə əsl insan olmaq mütləqdir.

Peşəkar həkim, mükəmməl insan, dərin tibbi biliyi ilə nümünə olan Qüdrət Qasımov insani keyfiyyətləri şəxsində cəm edən, insanlıqla peşəkarlığın vəhdətində fəaliyyət göstərən lor-otolarinqoloqdur. Qasımov Qüdrət 1985- ci ildə Gəncə şəhərində anadan olub. Həkimlik sənətinə olan böyük sevgi Q. Qasımovu qürbət diyarlarda oxumağa sövq edir. 2002-2008 ci illərdə Ukraynanın Donetsk Milli Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alır. 2009-2011-ci illərdə Sankt-Peterburq Dövlət Tibb Universitetində otolarinqologiya üzrə klinik ordinatura kursu keçir. 2002-2022-ci illərdə Rusiyanın paytaxtı Moskva şəhərində bir neçə dövlət və özəl tibb müəssisələrində lor həkim kimi çalışır. Vətənə olan bağlılıq, xalqına olan böyük sevgi Qüdrət həkimin taleyini xalqının taleyinə bəndləyir. Şəfalandırmaq, şəfqət hisləri aşılamaq üçün öz xalqını seçir. Hal-hazırda Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Poliklinika şöbəsinin otolarinqoloqu kimi fəaliyyətini davam etdirir.

O, həkim, peşəkar lor – cərrahdan başqa həm də gözəl insandı. Qulaq- burun- boğaz xəstəliklərinin (kəskin və xroniki otitlər, kəskin və xroniki rinitlər, kəskin və xroniki faringitlər, anginalar, xroniki tonzilitlər) effektiv müayinəsini və müalicəsini aparır.

Qasımov Qüdrət peşəsinə vurğun olan, insanlara şəfa bəxş etməyi həyat amalı seçən gənc və peşəkar həkimdir. O, xəstələrini qayğı, vicdan və mərhəmət hissi ilə müayinə və müalicə edir. Şirin mərhəməti acı dərmanlara qatan Qüdrət doktor nəticəni də digərlərindən daha tez əldə edir.

Sənətinin ağırlığını, çətinliyini çiyinləri üzərində qürurla, məsuliyyətlə daşıyır, peşə borcunu ədalətli, dürüstcəsinə yerinə yetirir.

Xalqımın əziz övladı, yüksək mənəviyyata, güclü genetik istedada, mərhəmətli qəlbə, ən saf mənəvi dəyərlərə, milli ruha sahib olması ilə fərqlənir.

Qasımov Qüdrət Şahəddin oğlu dünyagörüşü, dərin tibbi biliyi, insanlara sevgisi sayəsində xəstələrə şəfa bəxş edir.

Gənc həkim xəstələrin yaddaşından silinməyən ağrılı xatirələrin şəfalı epiloqudur.

Həkim mütəxəssis olmazdan öncə humanist, mərhəmətli, şəfqətli olmalıdır. Sadaladığım hər üç keyfiyyəti özündə birləşdirən Qüdrət həkim xəstələrinə ən yaxın adamı kimi yanaşır, onlara qayğı dolu toxunuşlarla kömək göstərir. Sanki insanlara xidmət edib, sağlamlıqlarının keşiyində dayanmaqdan mənəvi zövq alıb, rahatlıq tapır. Ona pənah aparan heç bir xəstə naümid qalmır.

Təbii ki, həkim professionalizmi ilə yanaşı, mənəviyyatı, pasientlərinə mərhəməti ən ümdə şərtdir. Qüdrət doktorun bu meyarlara ehtiramı müalicələrinin effektivlik səviyyəsini daha da artırır, mərhəmətin gücü tibbi biliklərlə bir simbiozda pozitiv nəticələr verir. Gənc olmasına baxmayaraq, Qüdrət Qasımov özünü əməli və ləyaqəti ilə təsdiqləyib. Xeyirxahlıq, həkimlik peşəsinin müqəddəsliyini qorumaq onun üçün ali məqsədə çevrilib, səhiyyə işçisinə məxsus bütün müsbət keyfiyyətləri öz simasında ehtiva etməyi bacarıb.

Arif Baratzadə

Baş redaktor

 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir