Bakıda avtobus piyadanı vuraraq öldürüb.
“Zirvə yolu” xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.
Məlumata əsasən, Nadir Rəhimov idarə etdiyi “Baku Bus” MMC-yə məxsus 163 saylı marşrutda “BMC” markalı 99-JU-723 dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Nizami rayonu, X.R.Ulutürk küçəsindən Heydər Əliyev prospektinə dönərkən yolu keçən piyada 1998-ci il təvəllüdlü Oruc İbrahimovu vurub. Nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır..