Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 3-cü Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevlə görüşüb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.
Görüş zamanı Azərbaycanın sülhün və sabitliyin möhkəmləndirilməsinə, genişmiqyaslı əməkdaşlığın təşviqinə sadiqliyi qeyd olunub.