“ƏƏSMN və tabeliyindəki qurumların əhaliyə, əlillərə, qazilərə, şəhid ailələrinə Konstitusiyaya zidd vicdansız davranışı, özbaşınalığı son beş-altı ildə pik həddinə çatıb. Pensiyalar düz hesablanmır, mənimsəmə yeminə çevrilib, sosial xidmətlərdən reketliklə imtina edilir, mənzillər rüşvətlə satılır, məcburi köçkünlər mənzillə rüşvət hesabına təmin olunur, amma Bakı qaziləri, əlilləri hələ də mənzilsizdir. 2007-ci ildən qüvvəyə minən “Əmək pensiyaları haqqında” qanunun heç bir maddəsi əlil, şəhid , qazi ailələrinə tətbiq olunmur”.
Yenixeber.org: Bu barədə redaksiyamıza göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: “Məhkəmə təminatı hüququna da elə kobud qadağa qoyulub ki, nə ali dövlət hakimiyyəti, nə hüquq orqanları son qoya bilir. Necə son qoysun, Prezidentdən, 1-ci vitse-prezidentdən, Baş nazirdən, MM rəhbərliyindən, deputatlardan, baş prokurorluqdan, Ali Məhkəmədən, Konstitusiya Məhkəməsindən … ƏƏSMN rəhbərliyinə göndərilən şikayətlərə cavabı… DSMF-in pensiya təminatı departamentinin müdiri Eyvaz İsmayılov imzalayır, ƏƏSMN və tabeliyindəki qurumlarda Konstitusiyanın qüvvədə olmadığını, rüşvət, korrupsiya özbaşınılığının ən yüksəkdə olduğunu bildirir!(?) Bəyəm Eyvaz İsmayılov ƏƏSM naziri təyin olunub? Nə vaxtdan, bəs bizə niyə deyilməyib?
Olsun, Eyvaz İsmayılov hansı hüquq savadsızlığı ilə bildirir ki, qanunun geriyə qüvvəsi vardır. Zəruri bilgiləndirmə: QANUNUN GERİYƏ QÜVVƏSİ YOXDUR. YALNIZ ŞƏXSİN VƏZİYYƏTİNİ YÜNGÜLLƏŞDİRƏN AKTLARIN QÜVVƏSİ GERİYƏ ŞAMİL EDİLİR. (Ölkənin Ana Qanununun -Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vll hissəsi). DSMF-in departament müdiri-nazir görəvini icra edən Eyvaz İsmayılov bir ildir bildirir ki, qanun dövlətin adından çıxarılan məhkəmə qərarını ləğv edib! Zəruri bilgiləndirmə: MƏHKƏMƏ QƏRARLARI DÖVLƏTİN ADINDAN ÇIXARILIR VƏ İCRASI MƏCBURİDİR; MƏHKƏMƏ QƏRARLARININ İCRA OLUNMAMASI QANUNLA MÜƏYYƏN EDİLMİŞ MƏSULİYYƏTƏ SƏBƏB OLUR. (Ölkənin Ana Qanununun- Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsi) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsini “yeni nazirin” diqqətinə çatdırmağa ehtiyac varmı? Özü də öyrənə bilər ki, vəzifəli şəxsin məhkəmə qərarının icrasını həyata keçirməməsi neçə il müddətinə dəmir barmaqlıqlar arxasında cavab verməyə gətirir.
Eyvaz İsmayılov 13.05.2022 tarixli qanunla “Əmək pensiyaları haqqında” qanuna əlavə olunan 37.3.2-1 maddəsinin də qulluq stajına görə pensiya alan qazi , şəhid ailələrinə öləndən sonra (?) tətbiq ediləcəyini bildirib. Sözügedən maddəyə görə, əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyası alan qazi, şəhid ailələri İŞLƏMƏYƏ DAVAM EDƏRLƏRSƏ, əlilliyə və ya yaşa görə işləməyən KATEQORİYAYA keçəndə pensiyaları MÜRACİƏTLƏRİ ƏSASINDA yenidən yığılan pensiya kapitalına, sığorta haqqına, iş stajına uyğun yenidən hesablanır. Pensiya filialı və Eyvaz İsmayılov isə bu maddəni müraciət edən qazi, şəhid ailələrinə tətbiq etmir ki, işi davam etdirirlər. (?) Qanun elə işi davam etdirənlərin pensiyalarının yenidən hesablanmasını doğrulayır də, işi davam etdirməyənlərin axı pensiya kapitalı olmur! Rüşvət, korrupsiya, pensiya mənimsənilməsi o həddə çatıb ki, bu yekəlikdə ƏƏSMN tabeliyində DSMF, onun qurumları “işləməyən kateqoriya” anlayışını “işi dayandırmaq” kimi anlayırlar. Anlatmaq yerinə düşər ki, birincisi, heç kəs ölənəcən işi dayandırmır, belə çıxır, öləndən sonra pensiyasına işi davam etdirməsinə görə əlavə hesablanacaq? İkincisi, bəs adi pensiya alan müəllimlərin, həkimlərin və s. pensiyaları 6 ildən bir avtomatik qaydada necə yenidən hesablanır, onlara işi davam etdirmələrinin pensiyalarını yenidən hesablamağa imkan vermədiyi bildirilmir? Açıq qərəz, ayrı-seçkilik göz önündə deyilmi?
ƏƏSMN rəhbərliyinin tam heyətlə beynəlxalq hüquq doktorları olmasını bir qırağa qoyaq, DSMF-də Konstitusiyaya zidd yaradılan MƏHKƏMƏ FİLİALININ-39 SAYLI VƏKİL BÜROSUNUN da Konstitusiyadan xəbəri yoxdur? Olduqca ritorik sualdır, olsaydı, məhkəmələrə rüşvət verib Konstitusiyanı qüvvədən salmazdı ki! Olsaydı , vəkillərin dövlət qulluqçusu olması da olmazdı ki! Hüquq korluğuna, nihilizmə, özbaşınalığa , məmur azğınlığına baxın, onlarla illərdir dövlətin adından çıxarılan, məcburi icra olunmalı olan qanunların, məhkəmə qərarlarının icrasına sıradan məmur qadağa qoyur və bu qadağanı Ombudsman, PA, NK, MM, hüquq orqanları Konstitusiya aktı kimi qəbul edir!(?)
ƏƏSMN-in, tabeliyindəki qurumların rüşvəti, korrupsiyanı, özbaşınalığı Konstitusiyadan üstün tutması nə qədər sürəcək? Ritorik sual deyil, cavab tələb edir!”.(dia-az.info)