Şərikləri həbsdə olan “Teymuroğlu” MTK-nın sahibləri yenə də DİNC OTURMUR? – Məhkəməyə verildilər…
“Teymuroğlu” MTK məhkəməyə verilib.
Dia-az.info xəbər verir ki, şirkət barədə Əliyev Elnur Şirzad oğlu Nəsimi Rayon Məhkəməsində iddia qaldırıb.
İşin mahiyyəti mənzil mübahisələri və mülkiyyət hüququ ilə əlaqədar mübahisələrlə bağlıdır.
İddiaçı MTK-dan əmlakını tələb edir.
Məhkəmə işi hakim Vüsalə Musayevanın sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, “Teymuroğlu” MTK 2017-ci ildə yaradılıb. Şirkətin qanuni təmsilçisi Elşən Qurbanov, rəhbəri isə Münasib Qurbanovdur.
2022-ci ildə “Teymuroğlu” MTK-nın həmtəsisçisi Elşad Tağıyev Bakıda bir mənzili iki nəfərə 400 min manata satmaqda ittiham edilərək məhkəmə zalında həbs edilib. E.Tağıyev məhkəmə prosesi dövründə “Teymuroğlu İnşaat”ın şəriki olub.(Dia-az.info)