Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 5-də Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazir səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirak və çıxış edəcək.
Qeyd edək ki, toplantıda Qəzzadakı durumun müzakirə olunacağı gözlənilir.