Cəmiyyət

Elida Muxayeva: Müəllimləri təbrik etmək, bəy-gəlin təbrikinə çevrilib

Dünyada Beynəlxalq Qadınlar günu kimi qeyd olunan 8 mart azərbaycan qadınının bayramı olmaqla yanaşı, həm də ən böyük problemidir. Mart ayı girər-girməz problemləri də özü ilə gətirir. Məktəblərdə müəllimlərə yığılan 8 mart pulundan başqa, repetitorları da razı salmalısan, əks halda, müəllimlər qaşqabaq sallayacaq. Elə bil borca aldığın pulu qaytarmamısan.

Hər il Təhsil Nazirliyi məktəblərdə 8 marta pul yığmağı qadağan etsə də, işbazlar işlərini uğurla davam etdirir.

Yəqin ki, hamıya tanış mənzərədir, hər sinifdə bir qoçu valideyn sinif rəhbəri ilə ticarət edir. Müasir terminlə desək, şərikli biznes qururlar. Şərikli biznes məktəb illərinin sonunacan davam edir. Həm müəllim qazanır, həm valideyn. Sadəcə , burada səhmlər 50/50 ni təşkil etmir. Valideyn ilboyu müəllimin kamfortunu təmin edir, müəllimin də qarşılığı valideyni ilboyu rüsumlardan, şirinliklərdən xilas etməkdir.

Hətta siniflərdə müəllimlə ortaqlı biznes qurmaq üstündə davalar da olur.

Məlumdur ki, hər sinifdə Valideyn Komitəsinə sədrlik edən bir nəfər olur. Həmin şəxsin vəzifəsi müəlliməyə və valideynlərlə qarşılıqlı kommunikasiyanı təşkil etmək, təşkilatçılıq işlərində yaxından iştirak etməkdir. İndi vəzifə öhdəlikləri dəyişib. Öhdəliklərin birinci abzasının birinci bəndi “qazandırmaq” dır.

Necə cahil millətik, ətalət zəncirini qıra bilmirik. Epidemiya kimi cəhalət də bizi tərk etmir.

Təbii, müəllimlərimizin üzərimizdə haqqı danılmazdır. Müəllimi təbrik etmək, adi bir çiçəklə, açıqca ilə, sözlə mütləqdir.

Quru sözlə təbrik etsən, üzünə baxıb sağol da deməyəcklər. Bəs Füzuli deyirdi:

Bir nigari-ənbərinxətdir könüllər almağa

Göstərər hərdəm niqabi-qeybdən rüxsar söz

Sözə dəyər verməyənlərin müəllimliyini sorğulasaq, gərək əksəriyyətin vicdanla peşəsinə qulluq meyarı da sual altında qala.

Mənim zavallı millətim, yazıq yetişən gənclik.

Bizə ömürboyu özümüzü borclu hiss etməyi öyrədirlər.

Peyğəmbərimiz buyurub ” Hər kim mənə bir hərf öyrətsə, mən ona qul olaram”. Deməyib ki, hər kim mənə hərf öyrətsə ac qalıb onu doyuraram.

Elə ailələr var ki bayramda süfrə aça bilmir, uşağın gözü qonşuların evində qalır. Ətrafdan gələn yemək, şirni iylərinə doyur.

Zavallı anası evin son pullarıyla tifilinin müəllimlərini təbrik edir. Təki müəllimə onun övladını digərlərindən seçməsin. Ac qalmağa, uşağını məktəbə cırıq ayaqqabı, nimdaş paltarla da göndərməyə razıdır.

Müəllimləri təbrik etmək, bəy-gəlin təbrikinə çevrilib ölkəmizdə. Təbrik etdin, gərək nəmər də atasan.

Bildiyim qədərilə digər ölkələrdə belə hadisər cərayan etmir. Müəllimləri kiçik hədiyyəylə təbrik edirlər. Bizim məktəblərdə aşağısı 30 manat, indi gəl çatdır.

500 manat alan valideyn, həm müəllimləri razı sal, həm evdə külfətini.

Nə isə … Biz heçvaxt düzəlməyəcəyik…

Belə gəldik, belə gedirik, amma hara gedirik, bax bu müəmmalıdır. Lakin əminliklə söyləyim ki, işıq gələn tərəfə getmirik.

Təhsilimizin həllini tapmayan problemlərindən biri də 8 martdır.

Biz uzaqgörən millətik, həmişə yaşlılar deyirdi” mart gəldi, dərd gəldi”.

Bizim dərdimizə bax.

 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir