Dünya

Hakan Fidan ABŞ dövlət katibi ilə Cənubi Qafqazı müzakirə edəcək

Martın 7-8-də Vaşinqtonda Türkiyə ilə ABŞ arasında strateji mexanizm toplantısı keçiriləcək.

“Zirvə yolu” xəbər verir ki, iclasda ABŞ dövlət katibi Antoni Blinkenin və Türkiyə xarici işlər naziri Hakan Fidanın rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak edəcək.

ABŞ-nin diplomatik mənbələrindən verilən məlumata görə, tərəflər Cənubi Qafqaz, Suriya, Yaxın Şərq, həmçinin Ukraynadakı durumu müzakirə edəcəklər.

Bundan başqa, iclasda ikitərəfli əməkdaşlıq, həmçinin terrorla mübarizə barədə də fikir mübadiləsi aparılacaq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir