Manşet Səhiyyə

Keçən il Azərbaycanda 8 minə yaxın qızılcaya şübhəli xəstə aşkar edilib – HESABAT

2023-cü ildə Azərbaycan ərazisində 8 minə yaxın qızılcaya şübhəli xəstə aşkar edilib.

“Zirvə yolu” xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.

Hesabatda bildirilir ki, keçən il yenidoğulmuşlar “Hepatit B” vaksini ilə 97,9%, vərəm əleyhinə BCG vaksini ilə 94,7% əhatə olunublar.

Qeyd olunub ki, 1 yaşa qədər uşaqların poliomielit əleyhinə ikivalentli OPV (oral) vaksini ilə 77,7%, GDTHibHepB vaksini ilə 68,3%, pnevmokok əleyhinə vaksinlə 68,2%, poliomielit əleyhinə inaktivləşdirilmiş İPV vaksini ilə 76,2%-i əhatə olunmuşdur. 6 yaşlı uşaqlar qızılca, məxmərək və epidemik parotit əleyhinə QPM vaksini ilə 72,3%, difteriya və tetanus əleyhinə DT vaksini ilə 79,4% əhatə olunmuşdur.

Ümumilikdə respublika üzrə müxtəlif səbəblərdən peyvəndlərdən kənarda qalmış uşaqlardan 36,4 mini vaksinasiyaya cəlb olunub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir