Həbsdə müəmmalı şəkildə həyatını itirən rusiyalı müxalif siyasətçi Aleksey Navalnının xatirəsinə həsr olunmuş etiraz aksiyası iştirakçıları həbs olunub.
Hüquq müdafiəçiləri ən azı 4 işdən xəbərdardırlar.
Saxlanılanlardan bəziləri Aleksey Navalnının xatirəsinə gül dəstələri qoyulması üçün mitinq keçirilməsi prosedurunu pozmaqda ittiham olunurlar. Qeyd olunur ki, polis insanların evlərinə gəlir və ya evdən çıxarkən onları saxlayaraq polis bölməsinə aparır. Təhlükəsizlik qüvvələri bəzilərinə kameralardan “müəyyən olunduqlarını” bildiriblər.
Aleksey Navalnı martın 1-də Moskvada Borisov qəbiristanlığında dəfn edilib. Rusiya şəhərlərində siyasətçinin xatirəsinə həsr olunmuş mitinqlərdə yüzlərlə iştirakçı saxlanılıb. Minlərlə insan Navalnının məzarı üzərinə gül dəstələri qoymağa davam edir.