Rusiyanın paytaxtında keçirilən “Moskva uşu ulduzları” beynəlxalq turniri başa çatıb.
“Zirvə yolu” xəbər verir ki, Rusiyada keçirilən beynəlxalq turnir Azərbaycan idmançıları üçün məhsuldar olub.
Böyüklərin mübarizəsində 6 qat Avropa çempionu Elçin Eminov (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yeniyetmələrdən ibarət millinin heyətində Azad Hümbətov (42 kq) qızıl, Hüseyn Məhəmmədov (45 kq), Ruqəyyə Azərpur (52 kq), Fatimə Azərpur (65 kq) gümüş medal əldə edib. Eyni kateqoriyada Hümbət Mustafayev, Süleyman Kazımlı (hər ikisi 48 kq) və Xəyal İbrahimov (44 kq) üçüncü olub.
Gənc idmançıların yarışında isə Yusif Azadi (52 kq) qızıl medal qazanıb.
Beləliklə, Azərbaycan uşuçuları turniri 3-ü qızıl, 3-ü gümüş və 3-ü bürünc olmaqla 9 medalla başa vurublar.
Qeyd edək ki, turnir mayın 3-5-də İsveçin paytaxtı Stokholmda keçiriləcək Avropa çempionatı və iyunun 14-17-də Rusiyanın Kazan şəhərində baş tutacaq beynəlxalq turnirə hazırlıq xarakteri daşıyıb.
Gəncə şəhəri yığmanın heyətində Azərbaycan Döyüş Növləri Assosasiyasının ADFA qərb regionu sədr müavini, Respublika dərəcəli hakim Fəxri Namazlı və bir yeniyetmə idmançı Mustafayev Hümbət İlkin oğlu(48 kq) ilə təmsil olunub. İdmançımızın şəxsi məşqçisi Alıyev İlqar Səməd oğludur.
Aqşin Əsgərov: Bölgə müxbiri