Cəmiyyət

Ucar “DOST” Mərkəzi 69 yaşlı ər və arvadı niyə işə götürüb? – MÜRACİƏT

Ucra rayon sakinlıri Məmmədov Xanlar Akif oğlu və Hümbətov Asif Atəş oğlu «DOST» İş Mərkəzindən şikayətçidirlər. Onlar JAMAZ.İNFO-ya müraciət edərək, mərkəzin qanunsuzluqla məşğul olduğunu iddia edirlər.

Onlar bildirirlər ki, Ucarda çoxlu sayda imkansız, kasıb, himayələrində azyaşlı uşaqları olan cavan və işsiz insanlar var ki, uzun müddətdir işsiz kimi qeydiyata alınıb, iş gözləyirlər. “Ancaq onları işə qəbul etmək əvəzinə, imkanlı, qoca, xəstə və əlil adamları qanunsuz olaraq işə qəbul edirlər. Hansı ki, həmin şəxslər həmin fiziki işləri görmək iqtidarında deyillər”.

Xanlar Məmmədov və Asif Hümbətov bununla bağlı konkret adlar da çəkirlər. “1955-ci il tarixdə anadan olmuş Ələkbərov Şahlar Xəlil oğlu və həyat yoldaşı 1955-ci il tarixdə anadan olmuş İsrayılova İradə Əvəz qızı Ucar şəhəri M.Əliyev küçəsi ev 5 ünvanının sakinidirlər. Ələkbərov Şahlar Xəlil oğlu “Serebral ateroskleroz, Araxnoidit, ataksiya vestibulyar pozğunluq, şəkərli diabet” xəstəliyi ilə 2-ci dərəcəli əlilldir. İsrayılova İradə Əvəz qızı isə bronxial astma infeksion allergik forma, hipertoniya xəstəliyi diaqnozu ilə Ucar rayon Mərkəzi Xəstəxanasında dispanser qeydiyyatdadır.

Ələkbərov Şahlar və həyat yoldaşı İsrayılova İradə “DOST” İş Mərkəzinin əmək müqaviləsi əsasında Ucar rayon Kommunal Müəssisələri Kombinatında (Komxoz) fəhlə işləyirlər”.

Onlar bildirirlər ki, 69 yaşlı qoca və ciddi xəstə olan ər və arvad işə gəlmədən hər ay müftə maaş alırlar. “Ucar rayon Kommunal Müəssisələri Kombinatının birqadiri Soltan Xəlilov qanunsuzluq edərək hər iki şəxs işə gəlmədiyi halda onlara iş davamiyyəti yazır”.

Ucarlı şikayətçilər məsələnin araşdırılmasını, “DOST” Mərkəzində yoxlamanın aparılmasını xahiş edirlər. Hesab edirlər ki, bununla rayonda vəziyyəti nisbətən düzəltmək olar.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir