Baş Dövlət Yol Polis İdarəsinin qeydiyyat-imtahan şöbəsinin rəisi Afiyəddin Leysanov vəzifəsinə sədaqət nümunəsidir. Onu tanıyanlar tanıyır tanımayanlar üçün ərz edim ki, o, dövləti, xalqı, Vətəni uğrunda tər tökən əqidə adamıdır. Afiyəddin Leysanov həyat yolu parlaq olan simalardan biridir. Bəzi vəzifə sahiblərindən fərqli olaraq sadə həyat tərzi keçirən, vicdanlı, dürüst şəxsiyyətdir. Onun indiyə kimi atdığı addımlar, tutduğu ləyəqtli mövqeyi həmişə yüksək qiymətləndirilib, rəğbət hissi ilə qarşılanıb. Leysanov sədaqəti, vicdanı və qayğıkeşliyi ilə ad-san çıxarıb, özündə elə bir xarakterik xüsusiyyətləri cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, hamıya qarşı xeyirxah addımlar atmağı özü üçün əsas amal hesab edir. Bir sözlə, bu şəxs qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, cəmiyyətin problemini fərdi problemi hesab edən vəzifə sahibidir. Həyata keçirdiyi idarəçilik çoxlarına örnəkdir.
Hər bir peşəninin bir-birindən fəqli üstünlükləri və çətinlikləri var. Bu peşələrin içində polis xidməti çətinliyi və məsuliyyəti ilə seçilir, mahiyyət etibarı ilə xeyirin təmsilçisidir.
Yaxın tariximizin hər bir dönəmində xalqımıza başucalığı gətirən qürurlu adı, səmərəli addımları ilə silinməz izlər buraxıb Afiyəddin Leysanov. Özünəməxsus insani keyfiyyəti, əxlaqi və mənəvi dəyərlərin daşıyıcısı olduğunu hər addımında sübut edir, xarakterik xüsusiyyətlərində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqı yolunda özünü sipər etməyə qadir olan, cəmiyyətdə tutduğu mövqeyə görə seçilən insandır.
Əsl xalq məhəbbətini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyətlləri, vətənpərvərlik hissinin coşqusu ilə yaşayan şəxsdir.
Baş Dövlət Yol Polis İdarəsinin qeydiyyat-imtahan şöbəsinin rəisi Leysanov Afiyəddin veteranların, qazilərin, şəhid ailələrinin dayağıdır. Ona müraciət edən sosial təminatı aşağı olan heç bir ailənin müraciətini geri çevirmir, səlahiyyətləri çərçivəsində yardım əlini onlardan əsirgəmir.
Afiyəddin Leysanov Ümummilli Lider Heydər Əliyev siyasi kursuna daim hörmət edən, sadiqlik nümayiş etdirən, dövlətə və dövlətçiliyimizə bağlı adamdır.
Peşə etikasına daim hörmətlə yanaşan Afiyəddin müəllim fəaliyyətini uğurla, vicdanla davam etdirir. Biz də gələcək fəaliyyətində ona uğurlar arzulayırıq.
Arif Baratzadə
Baş redaktor