İnsan həyatında daşıdığı ad ilkin atributlardan biri olub, ad sahibini yaşadan amillərdəndir. Millətimizin formalaşmasında “Dədə Qorqud”un yurdun-torpağın övladlarına-qoruyucularının gücünə, cəsurluğuna və qorxmazlığına görə ad verməsi adət-ənənəsi zamanın tələbi idi: Ustadlardan, ağsaqqallardan ad alan Vətən oğulları bu adı doğrultmaq üçün çox böyük məsuliyyət daşıyırdılar…
Qədim Şəkinin sayılıb-seçilən ağsaqqallarından biri də Əkbər Qafarov idi. O, ailəsində dünyaya göz açan oğluna Əliəhməd adı verdi. Dinimizin yaradıcısı, Allahın sevimlisi olan Məhəmməd peyğəmbərin əmisi oğlu Əli adının daşıyıcısına: – Mən islam dininin şəhəriyəm, Əli isə bu şəhərin qapısının açarıdır”, demişdi. Əli adının islam dünyasında sevimli bir ad olduğu məlumdur. Bunu bilən, iman sahibi Əkbər Qafarov da, bu adın yanına bir mübarək ad, – Allahın yüz bir adlarından biri olan Əhməd adını da qoşalaşdırdı, – Əliəhməd adını istəklə övladına verərkən bu ad sahibinin – islamın qoyuyucusu, Əlinin və Allahın adının birini əlavə etməklə, balamın adını mən qoydum, taleyini, bəxtini, qismətini qoy adil olan Əhməd olan, Allahıımız versin demişdi…
“Nağıl dili yuyrək olar” deyiblər. Əliəhmədin də böyüməsi nağıl dili kimi yuyrək oldu. Əliəhməd böyüdü, yetqinlik yaşına çatdı. Hər bir valideyinin ən ümdə arzusunun biri də istəklisi, sevimlisi olan övladının həyatda yarıması, xoşbəxt olmasıdır… Müharibədən təzəcə çıxan, çətinliklər, sıxıntılar olduğu bir vaxtda 50-ci illərdə Əliəhməd doğulub boya-başa çatdığı Şəki şəhərində – öz məhəllələrində kiçik bir şirniyyat sexi açmağı qərarlaşdırdı…
Ata-xeyir duasını alan Əliəhməd gənclik eşdiylə, həyatını şirniyyat yaratmağa həsr edəcəyini çox götür-qoy eyləməsiydi. Köksündən qələn bir inamlı səs, – bu sənin tale yolundur, – deyərək, onu başladığı bu işə çağırırdı. “İnsanın daxili gücü, özünə mənəvi inamdan başlayır” aforizmi sanki elə Əliəhmədin taleyi üçün deyilmişdi. İlkin çətinliklər sexin məhsullarının hələ şəhər əhlinin tam tanış olmadığı bir dövrdə, şırniyatın satışı-tanınması, sevilməsi əsas şərtlərdən biriydi.
Qədim tarixə malik, abidələriylə ulu keçmişmizdən üzü bəri millətimizə şöhrət gətirən “Xan evi” öz unikallığıyla, tikilmə üslubuyla, görkəmi ilə tarixi bir abidə olaraq, bu millətin təfəkkürünün nəyə qadir olmasını təsdiqləyən bir möhtəşəm abidəydi. Şəkimizdə dünyaya göz açan böyük şair, filosof, mütəfəkkir olan Bəxtiyar Vahabzadənin əqidə-amal dostu kristologiya üzrə dünyada tanınan alim Xudu Məmmədovun bədahətən dediyi bir bayatı burda yerinə düşür:
Əzizim bizim qala,
Həmişə bizim qala,
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala…
İnsan övladının tikib-qurduğu qaldıqca izi də, əməli də qalır, yaşayır, təkcə Xan sarayı öz cazibədarlığıyla Azərbaycan təfəkkürünü, zəkasını, duhasını dünyaya çatdıran bir məbəd-saraydır.
Tarixi keçmizimizi bilən, öz kimliyi ilə öyünən, ürəyi yurduna-millətinə minbir tellərlə bağlı olan Əliəhməd kişi də, “Şəki” halvasının adının-şöhrətinin nəinki Şəkinin ətraf rayonların, eləcə də Respublika, dünya səviyyəsində tanınacağına inamlıydı və bu inamın işığında ürək verdiyi isə ailə üzvlərini də, həyat yoldaşı Səfura xanımı da cəlb eylədi: Azərbaycan qadınları tarixən öz kişilərinin yanında olmuş, yeri gələndə də onunla çiyin-çiyinə verərək vuruşub, yurdun şərəfini qorumuşdular…
Heç şübhəsiz ki, şirniyyatın hazırlanmasında texniki vasitələrdən əvvəl qadın əməyinə ehtiyac duyulur. Bu mənada yaradılan şirniyyat evinin bir dayağı da Səfura xanım oldu. Atalarımızın “söz-sözü çəkər” məsələsinin doğurduğu bir məqam bu yerdə fikrimizə dayaq-dəstək olur. Əslən şəkili olan, Azərbaycan ədəbi mühtində adını –imzasını qoyan mərhum istedadlı şairimiz Vaqif İbrahimin bir misrası burda fikrimizi qünvətləndirmək üçün yaxşı məqamıdır: “Qadınından asılıdı, kişinin sonraki taleyi”, bu sözün, fikrin, kəlamın, elə Qafarovlar nəslinin, şirniyyat evinin ilk rəsmi yaradıcısı olan Əliəhməd əminin ailəsinə aid olduğu çox dəqiq səslənir. Səfura xanımın ətrafına yığılan qız-gəlinlərin əlləriylə hazırlanacaq şirniyyata xüsusi dad, ləzizlik, şirinlik verəcək ədvalar qatılırdı…
Əliəhməd əminin Şəkidə pərakəndə halda hazırlanan, bəzən hazırlanma zamanı, şirniyyatın tələb olunacaq dada, şirinliyə xələl gətirələcəyindən çəkinərək, bu milli sərvət olan, Şəkimizin adını dünyada tanıdacaq şirniyyat növlərinin gərək olan tələblərə cavab verməsi məsuliyyətini çox yaxşı anlayırdı.
Xalq arasında iştahla nuş edilərkən xüsusi dada malik olan, “Dım-Dım” halvasının da məhşurluğu bir faktdır. Eyni zamanda “kəhrəba” halvası, Nuxa paxlavası da şirniyyat növlərinin öncüllərindən, ad qazanmışlarından olduğundan adlarını qeyd etdiyimiz, ümumi halda “Şəki halvası” seriyasından idi. Ona görə də bu şirniyyatın kütləvi şakildə istehsalına qərar verildi. Yayılması, satılması problemə çevrilmədi. Ağzının dadın bilən hər bir ailə bu təamları süfrəsində görmək arzusunda oldu. Toy şənliklərində, ad günlərində, şəhərə gələn yerli, xarici qonaqların isifadəsi üçün sifarişlər götürülməyə başlandı.
Hər bir ailədə bir davamçı-varis olduğu məlumdur. Qafarovlar ailəsində ata Əliəhmədin, ana Səfura xanımın zəhmətiylə artıq ölkədə tanınan, sevilən “Şəki halvası” adıyla məhşurluq qazanan bu milli nemətnin də ailədə bir ardıcılı olmalıydı. Bu işin davam etdirilməsi ailənin ortancıl oğlu Məmmədsalehin üzərinə düşdü. Uşaqlığından atasının yanında olan Məmmədsalehin də şirniyaratcılığa böyük marağı, həvəsi vardı. Ata Əliəhmədin yaratdığı, ana Səfurə xanımın köməkliyiylə artıq ölkədə tanınan bir kiçik sexdən, böyük şirniyyat evinə çevrilən bu müəssisənin layiqli davamçısı-yaşadıcısı olmaq oğul Məmmədsalehin üzərinə düşdü.
Məmmədsaleh adı da sahibinə uğur gətirməyə başladı. Atanın təmiz qanıyla, ananın saf südüylə həyat qazanan, qısaldılmış şəkildə olsa da (Məhhəmməd adı çox vaxt Məmməd kimi deyilir, yazılır) Məmməd adlı bu gənc öz salehyliyi, səmimiyyətiylə Şəkidə tanınmağa, hörmət qazanmağa başladı.
Qafarovlar nəslinin ağsaqqalı Əkbər kişinin oğlu Əliəhmədin zəhmətiylə kiçik sex kimi fəaliyyət göstərən bu şirniyyat evi, artıq bir məhəllənin deyil, bir şəhərin deyil, Azərbaycan xalqının kulinariyasına yenilik-dadlılıq, ləzizlik, xoş tamlılıq və şirinlik qatan müəssisəyə çevrilməsi, Tanrının bu təmiz, halal nəslinə bağışladığı bir İlahi lütf idi. Yaradanın verdiyinə Şükran olan Qafarovlar nəslinin şirniyyat evinin dəfələrlə ölkə və dünya festifallarında birinci yerə layiq görülməsi, şöhrətlənməsi Məmmədsalehi ilhamlandırırdı. Bu Şirniyyat evinin məhsullarından xeyir işi, ad günü, hər hansı bir məclisi olanlara da pay düşürdü. Mammədsaleh təbiətən səxavətli, əliaçıq olduğundan, imkansız ailələrin hər hansı bir tədbirlərində yerli şirniyyat növünə olan ehtiyacdan təmənnsız pay ayırar, göndərərdi. O, bunu özünə mənəvi borc saydığından, məclisdə istifadə olunan məhsulların da, orda iştirak edənlərin könül xoşluğuna, təbəssümünə səbəb olacaqğını bildiyindən, tanıdığı ehtiyaclı insanlara öz yardımını edir, köməyini əsirgəmirdi. Belə xeyirxahlıqlar babalarımızdan bizə-xalqımıza ötürülən mənəvi miras-yadigar kimi yaşadılırdı ki, belə xeyriyəçinin biri də, böyük ürəkli Məmmədsalehin olması təbii idi. Çünki, həyatı anladığı vaxtdan babası Əkbərin, atası Əliəhmədin, qonşuya-qohuma, imkansıza əl tutmasının şahidi oılmuşdu. Dünyamızın “gör-götür dünyası” olduğu Məmmədsaleh nəslinin timsalında bir tərbiyəvi-əxlaqi məktəb, mənbə-məkanıydı. Xalq arasında məşhur olan bir atalar sözümüz də, fikrimizi daha dolğun-aydın çatdırmaq üçün burda işlədilməsi təbiidir: “Ot kökü üstə bitər”. Babadan atasına, atasından oğula keçən mənəvi dəyərlər özünü nəsilin davamçılarından birinin şəxsində – Məmmədsalehin əməlində göstərirdi.
Uzun illər Şəki şirniyyatçılığında tanınan “Əliəhməd” şirniyyat evi artıq dünyada şöhrət qazanıb. Hər bir millətin öz yemək qaydası, süfrə mədəniyyəti olduğu məlumdur. Bu günümüzdə Azərbaycan mətbəxində-kulinariyasında, şirniyyat sahəsində öz yeri-xüsusi çəkisi olan “Əliəhməd” şirniyyat evinin varlığı-fəaliyyəti, bizim xalqın “dadlı-şirin-istedadlı”-xalq olduğunu da bir daha təsdiqləyən fakt-mənbələrdən biridir.
Qafarovlar nəslinin bir oğul nəvəsi də Toğrul bəydir. Toğrulun atası-ziyalılığı, xeyriyyəçiliyiylə bölgədə tanınan, iman sahibi olan Məmmədsalehin 2019-cu ildə dünyasını dəyişməsindən sonra, bu böyük nəslin davamçısı, – babadan, atadan qalma şirniyyatçılığın ustaları-yenilikçiləri olan doğmalarının yolunun gənc sükançısı hazırda Toğrul bəydir.
Hər övlad valideynindən (İstər qız, istərsə də oğlan olsun), ən yaxşı xüsusiyyətləri mənimsəyirlər və zaman-zaman bu müsbət keyfiyyətləri, özlərindən sonra gələn nəsilə ötürürlər. Bu mənada babasından-atasından qalma Şirniyyat evinin idarə olunmasında Toğrul da öz işini nəslinin adına layiq, yüksək səviyyədə yerinə yetirmək üçün əlindən gələni əsirgəmir.
“Əliəhməd” şirniyyat evi onun babadan qalma, atadan keçmə maddi-mənəvi dəyərlərimizin bir Şirinlik ünvanıdır. Əgər atası, Məmmədsaleh bu ünvanı atasının adıyla tanıtdırdığı kimi, bu gün də Toğrul bəy həmin sahədə bir “Məmmədsaleh” bulağı yaradıb. Bu iş də oğul üçün təsəllidir. Bir ovuc su, bir susuzu sakitləşdirir. Su isə aydınlıqdır, təmizlikdir. Bu aydınlığı, təmizliyi atasının adını yaşatmaq üçün yaradan-quran Toğrul bəyin qədirbilənliyini, ata xatirəsini əziz tutan övlad olduğunun əyani təsdiqidir.
…Hər hansı bir məkanı uzaqdan nişan verərkən həmin yerin palıdını, çınarını göstərib deyirlər ki, o məkan filan yerdir. Hər hansı bir nəsili də nişan verərkən, tanıtdırarkən nəsilin tanınmış övladlarının adlarını çəkirlər. Bizim Şəkimizi də, Azərbaycanın varlığında öz abidələriylə yanaşı, ölkəmizi dünyada tanıdan sənətkar oğul-qızlarıyla tanıyırlar. Hər sahənin öz ustadı var: Dramaturqiyamızın banisi M.F.Axundov, bəstəmizin Sabit Rəhmanı, poeziyamızın filosof şairi Bəxtiyar Vahabzadə, ədəbiyyatşünaslığımızın Aydın Məmmədov zirvələri və bu günümüzün muğam sahəsinin sənətkarları – xanəndələri kimi Gülyaz, Gülyanaq bacılarını göstərə bilərik…
Bəs başqa sahələrdə nə deyə bilərik? Sualın da cavabı özündədir. Hazırcavab olmalarıyla seçilən, unikal “Şəki gülüşləri” adlı yumor-zarafatlarının toplandığı kitab da bu yerin insanlarının hər tətəfli istedada malik olduqlarını açıqlayır…
…Bu yazımızın da baş qəhrəmanları Şəkinin adıyla bağlı olan, dünyada Azərbaycan kulinariya-mətbəx mədəniyyətinə öz tövhəsini verən Şirniyyat ustaları nəslini – Qafarovları göstərə bilərik. “Əliəhməd” şirniyyat evinin Məmmədsaleh davamçısının –təbliqatçısının bu günki nəsil ağacı – boy verən çınar övladı Toğrul Qafarovdur.
…İnsanın yemək mədəniyyəti, onun əqli (həm də fiziki) zəkasının da inkişafına stimul verən mənbədir. Təbiətin saflığını, suyun təmizliyini tamamlayan, insan yaşayışının əsasında duran mətbəx, yemək-kulinariya məhsullarının olduğu bir aksiomadır, fikrində olmağımız da, bir həyat qanunauyğunluğun təsdiqidir…
İnsan övladının daddığı ana südü ilkin qidadır. Bu süd maya adlanan bir iskir olaraq, doğulanin ilk ağız dadı kimi, həm də güc verici bir ali nemətdir. Daha sonra ana südüylə bir müddət ardıcıl qidalanan körpələr tez pərvazlanır, böyüyürlər. Bu mənada insan həyatının – yaşamının davamı düzgün qidalanmaq, yeməkdir.
Qida məmulatları içərisində məişətimizdə-süfrəmizdə ən çox işlənən çörək, kartof, çay süfrəmizdə isə şirniyatın mühüm yer tutduğu məlumdur. Elə bir ailə olmaz ki, səhər yeməyi zamanı süfrəsində bir neçə çeşidli şirniyyat olmasın. Şirniyat mühüm qida olmaqla süfrələrimizin şirinliyini, vitaminliyini təmin edən ikinci bir süfrə neməti olub, yaşam tərzimizi nizamlayan maddi nemət kimi həyatımızda əsas yer tutur…
Süfrələrimizin bəzəyi-dadı, ləzəti olan şirniyatın insan həyatında tutduğu yer, məqam bir şirin nemət kimi qalmayıb, yaşayışın əsasını təşkil etməklə, insan orqanizminin tələbatının-təminatının ödəyicisi olduğunun təsdiqinə ehtiyac duyulmur…
Məmləkətimizin bir Şəkisi, Şəkisinin isə öz mənəvi çəkisi var. Dünyada süfrə mədəniyyətimizin analoqu olmadığı da bu faktdır. Bu faktların önündə bir şirin nemət (“Dım-Dım”, “Kəhrəba” halvası, şəki paxlavası) şirniyyatlarının olduğu göz önündədir. Həyatımıza gümrahlıq gətirən, əhvalımızı qaydaya salan, könül xoşluğu yaradan nemətlərin-şirniyyatların da bir ünvanı Şəki “Əliəhməd” şirniyyat ocağıdır! Bu ocağın bugünkü “od verəni”, “körukləyəni”, bu ocağı ürəklə yaşadan baba, ata yolunun layiqli yolçusu Toğrul Məmmədsaleh oğlu Qafarovdur.
…Həyatımıza, ömrümüzə şirinlik qatan, şirniyyatçılarımıza – Əliəhməd, Məmmədsaleh ocağının övladlarına, bütünlüklə millətimizə şirin ağız dadıyla yanaşı, bu məmnunluqdan doğulan – xoş baxış və Şirin təbəssüm arzulayırıq…
Nazim Əlioğlu
yazıçı-publisist, AYB və AJB-birliklərinin üzvü