İsveçin NATO-ya daxil olması haqqında protokol rəsmən qüvvəyə minib.
Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
“İsveç Krallığının Şimali Atlantika Müqaviləsinə qoşulması haqqında protokolun ikinci maddəsində göstərilən qüvvəyə minmə şərtləri yerinə yetirilib”, – deyə məlumatda qeyd olunub.
Bildirilib ki, İsveç 7 mart 2024-cü il tarixindən etibarən rəsmi olaraq NATO-ya üzv olan 32-ci dövlətdir.