Türkiyənin Kayseri şəhərinin Yeşilhisar rayonunda şagirdləri daşıyan xidməti mikroavtobusun qəzaya uğraması nəticəsində 10 nəfər yaralanıb.
“Zirvə yolu” “TRT Haber”ə istinadən xəbər verir ki, əlverişsiz havanın da təsiri ilə mikroavtobusun sürücüsü idarəetməni itirib, nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Qeyd olunub ki, Yeşilhisar Dövlət Xəstəxanasına yerləşdirilmiş 10 yaralının durumu yaxşıdır.
Faktla bağlı araşdırma aparılır.