Manşet Təhsil

Universitetlərdə təhsilalma, xaric olunma və digər hallarla bağlı yeni qaydalar təsdiqlənib

Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) ilə bağlı yeni qaydalar təsdiqlənib.

“Zirvə yolu”nun məlumatına görə, bununla bağlı Elm və Təhsil Nazirliyinin kollegiyası qərar qəbul edib.

Qərarla əvvəlki qaydalar ləğv edilib.

Elm və Təhsil Nazirliyinin Aparatının Elm və ali təhsil siyasəti şöbəsinə, Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə qərardan irəli gələn vəzifələrin icrasını təmin etmək tapşırılıb.

Qeyd edək ki, təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, təhsil müəssisəsinə bərpa olunma və ya akademik məzuniyyətdən sonra təhsilini davam etdirmə tələbənin əvvəl təhsil aldığı tədris dilinə (tədris dilinin ingilis dilindən ümumi təhsil pilləsində təhsil aldığı tədris dilinə və ya ümumi təhsil pilləsində təhsil aldığı tədris dilinin ingilis dilinə dəyişdirilməsi halları istisna olmaqla) uyğun aparılır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir