Ərkivanlı qızın acı həyat hekayəsi. Lürənli şəxsin saxta yollarla əldə edilən sənədləri, Məhkəmə qətnaməsindən sonlanıb?-Şikayət
Masallı rayonu Lürən kendi tam orta məktəb direktorunun iki azyaşlı qız övladın anadan alınaraq atasına verilməsində oynadığı rolu nədir?
Lürən sözünün mənası Talış dilində “Lır” (lür) “bataqlıq”, “sucaq yer” və “ən”(on) isə yer olmaqla “bataqlıqda salınan kənd” mənasını özündə ehtiva edir. Kəndin adı talış dilində Lıron kimi tələffüs olunur.
Sözün əsil mənasında adındanda göründüyü kimi əhalinin hansı oyuna düşəcəyi məlum deyil. Lürən kəndinin talış dilində mənası Bataqlıq anlamın verir. Adın mənasına nəzər saldıqda əslən Masalının Ərkivan kəndindən olan Bahar xanım Lürən kəndinə getdiyi gün balaqlığa batıb. Hələ 18 yaşın tamam etmədən ərə verilən qızın taleyinin qara günləri məhs ilk rəsmi nigah şəhadətnaməsinin alınması günündən başlayıb. Çox maraqlıdır nigah şəhadətnaməsin verən orqan xanımın razılığının olub-olmadığın bilmədən qeyri qanuni üzünü görmədiyi qızı necə bir şəxslə nigahın kəsib. 18 yaşını yeni tamam edən Bahar Mikayılovanı razılığını almadan Rafat Cəbiyevlə nigaha salan Zahir əslində ailənin qohumudur. Zahirin Rafətlə qohumluq bağı Respublika qanunlarına zidd getməyə tam sözün əsil mənasında izin verib. Zahir qohumuna jest edərək gəlin xanımın nigahda iştirakının vacibatını arxa plana atıb. Burdanda anlaşılır ki, xanımın nigahda YOX cavabı verməsi qaçınılmaz olub. Görünən dağa bələdçi lazım olmadığı kimi Bahar Mikayılovanın nigaha etirazı ailə içində çox münaqişəyə səbəb olduğundan xanımın nigah rəsmiləşdirməsində iştirak etməməsi üçün dəridən qabıqdanda çıxılıb. Lakin 9 il sonra açılan bu məsələ bir çox cinayətin törəndiyindən xəbər verir. BU gün bildirilən lakin illərdi susduqları üçün şəxslərin məsuliyyət daşımadıqların sananlarda qanun qarşısında cavab verməli olacaqlar. Qeyd edək ki, hər hansı cinayət faktoru olur olsun mediada yayılan hər bir materyal bir cinayət işinin başlanması üçün hüquq mühafizə orqanları üçün əsaslı şübhə meyarı kimi götürülür. Bax kəndin adının mənasından bura gedən xanıma düşən paydı, bu günə qədər düşdüyü bataqlıqdan çıxa bilməməsinə gətirib çıxarıb desək yəqin yanılmarıq. Yaımızda Bahar Cəbiyeva (Mikayılova) tərəfindən verilən məlumatların Hüquq mühafizə orqanları tərəfindən araşdırılmasını xahiş edirik.
Bu gün pozulmuş hüquqularının bərpası ilə bağlı Azərbaycan Respublikasının qanunlarına inandığın deyən Bahar Cəbiyeva “Turantv.az”a danışıb. Onun dediklərini bir anlıq göz önünə gətirdikdə sanki hüquqi dövlətde deyil B.Cəbiyevanın Afrika qitəsində yaşamış hadisə ilə bağılı nəql etdiyini düşünmək olar. Lakin danışılanlar Afrikada deyi Azərbaycan Respublikası Masallı rayon dövlət qurumlarının sayəsində yaşanıb. Bahar xanım “Turantv.az”a göndərdiyi Masallı rayon məhkəməsinə məxsus qərarı və Lürən kənd tam orta məktəbin direktoru ilə yazışmalarından şok olduq. Bir direktorun cəmiyyətə bir qurumlara bir cavabları bu şəxsin məktəb rəhbəri olmasını şübhə altına qoydu.
“Turantv.az”a apardığı kiçik araşdırma nəticəsində məktəbdə təhsilin ali məktəblərə hazırlıq altında hansı oyunlardan çıxmasıda aydın olmuşdur. Lakin bu günkü mövzumuz məktəbdə oynanılan başqa bir qurma oynların açığa çıxaması ilə bağlıdır. Lürən kənd məktəbində iki azyaşlı qız uşaqlarısının ana himayəsində olduğu zamanla bağlıdır. Məktəb direktorunun İcra hakimiyyəti və məhkəmə orqanına verdiyi yalan məlumatlardan söhbət gedir. Lürən kənd Faiq Şükürov adına məktəbdə baş olan amma başını başqalarının idarə etdiyi rəhbərlik tərəfindən idarə edilən təhsil ocağıda var. Beləki, bu qeyd etdiyimiz məktəbdə min oyun bir xahişin bir şirinliyin başında imiş. Məktəb direktoru və onun müavininin qurduğu oyunlar iki qızın anadan alınaraq ataya verilməsi üçün aprılan sistematik oyun nəhayətki aşkar edildi.
Məktəbin direktoru Fərid Hüseynov müavini Rəsmiyyə Cəbiyevanın idarəsindədir yoxsa oyunun bir alətidir…?
Apardığımız kiçik araşdırmadan məlum olub ki, Masallı rayon Məhkəməsinin № 2(050)-2524/2023 saylı hakim Ceyhun Quliyevin Qətnaməsində bir çox düzmə oyunlarla qanuna uyumluq təşkilinin olduğu Bahar Cəbiyeva tərəfindən qeyd edilir. O bildirir ki, Fərid Hüseynov onun keçmiş həyat yoldaşı ilə cinayət əməlinə girərək övladlarının paytaxta yerləşən 310 saylı məktəbə qəbul etdirməsinə süni maneə yaratması azmış kimi barəmdədə həqiqəti əks etdirməyən arayış təqdim edib. Məhkəməyə və icra orqanına verdiyi arayışı əslində müavini Rəsmiyyə Cəbiyevaya etibar edərək etmişdir. Bahar Cəbiyevanın keçmiş həyat yoldaşı Rafət Cəbiyevin əmisi arvadı olan Rəsmiyyə Cəbiyeva Fərid hüseynovun rəhbəri olduğu təhsil ocağında müavin vəzifəsindədir. 2023-cü il tarixində Suraxanı rayon 310 saylı tam orta məktəbdə elektron müraciət vasitəsi ilə iki azyaşlı qızının birini 3 cü sinifə digər qızını isə məktəbə qədər hazırlıq sinifinə qəbul edilməsinə nail olur. Lakin tək müraciət buna kifayət deyil. Əzəldən azyaşlı ikinci sinif şagirdinin əvvəlki məktəbdən şəxsi işinin yeni məktəbə verilməsi təmin edilməli idi. Bahar xanım dərhal Fərid Hüseynovla telefon əlaqəsi saxlayır xahiş edir ki övladının sənədlərinin yeni məktəbə verilməsində köməklik etsin. Lakin keçmiş həyat yoldaşının əmisi yoldaşı Rəsmiyyə Cəbiyevanın müavin olduğu məktəbdən sənəd götürmək o sandığı qədərdə asan olmur. F.Hüseynov Bahar xanımın kəndə gələrək sənədləri özünün götürməli olduğun birir. Bahar xanımda ona ölümlə hədələndiyini nəyinki kəndə hətta Masallıya girə bilmədiyini həyatının təhlükədə olduğun qeyd edir. Bu arada diqqətə çatıraq ki, Bahar Cəbiyeva ilə Rafət Cəbiyev boşandıqdan sonra xanımın ailə üzvləri onun rayona gələcəyi təqdirdə öldürüləcəyi ilə bağlı hədə-qorxu gəlib. Ailəsinin cox ciddi olduğun bilən xanım Masallıya getməkdən ehtiyyat edir. Və bunuda Lürən kənd məktəbinin direktoruna bildirir. Lakin direktor üçün bu deyilənlərin ciddi faktor olmasına baxmayaraq müavininin xahişi əsasında sənədləri Bahar xanıma göndərilməsi direktor tərəfindən təmin edilmir.
Əslində məktəb direktoruna şagirdin hansı məktəbə qoyulduğu bildirildikdən sonra direktor qanuni olaraq həmin şagirdin sənədlərini rəsmi qaydada adı çəkilən məktəbin direktoru ilə rabitə yaradaraq göndərməlidir. Lakin azyaşlı şagirdin distant təhsildən bilərək yayılması şəraitinin yaradılması planın olması üçün bu qeyd edilənlər həyata keçirilmir. Distant təhsil Azərbaycanda 9 illik təhsil sistemi üçün vacib amildir. Və 9 illik təhsil Respublika qanunlarına görə məcburdur. Bəs Fərid Hüseynov hansı səbəbdən Suraxanı məktəbinə qəbul edilən və ölümlə hədələndiyi üçün rayona daxil ola bilməyən xanıma məcbur edirmişki gəlməlisən özün.
Bahar xanım qeyd edir ki, telefonda yalvardım Fərid müəllim qeyri bir insana etibarnamə verim gəlsin o sənədləri sizdən götürüb gətirsin. Lakin Fərid Hüseynov inadla etdiyim təkliflərin heç birini qəbul etmədi. Odur ki, məcburiyyət qarşısında qızlarımı özəl olan bir təhsil ocağında təhsildən yayınmaması üçün ödənişli hazırlıqlara təhkim etdim. BU gün isə mənə məlum olub ki, mən guya azyaşlı qızlarımı distant təhsildən yayındırırmışam. Məhtərəm hakim bu qətnaməni qəbul edərkən heç vicdanızın səsinə qulaq asdınız? Yoxsa tanışlıq və gizli keçirilən məhkəmə oyunlarınız düşündünüzki ananın vecinə olmayacaq və uşaqlarının əlindən alınması onun ürəyincə olacaq? BU hansı təvəkür, düşüncə tərzidir ki, bir ananın övladlarında bu qədər asan vaz keçəcəyin düşünmüsünüz!
Bu gün redaksiyamıza saatlarla dərdin danışan və çox dinlənilməyə ehtiyacı olan ananın fəryadı iki qızının sinəsindən qoparılan yara olduğu aydın bilinir. Bahar Cəbiyevanın həyat hekayəsinə qulaq asdıqda özünü dərk etdiyi gündən valideyn dayağının olmadığı əksinə onlar tərəfindən 15 yaş özündən böyük şəxsə zorla ərə verilməsi daha sonra bu evlilikdən olan iki körpəsinin zorla əlindən qanunsuz yollarla alınması bir roman əsəridir desəm yanılmaram. Bu dediklərim həqiqətəndə şərqdə-qərbdə cənubda-şimalda görünməmiş acı həqiqətləri pzündə əks etdirir.
Həmçinin qeyd edək ki, Bahar Cəbiyevanın Masallı rayon Polis idarəsində ölümlə hədələnməsi, təhdidləri ilə bağlı rəsmi ərizə müraciəti mövcudur. Müraciət teleqram vasitəsi ilə ünvanlanmışdır. Öncədən Polis idarəsində verdiyi ərizəsində də Bahar xanım qeyd edib ki, əgər mənim sağlamlığıma hər hansı təhlükə törənərsə məsuliyyəti kimlər daşıyır. Ərizənin tam mətnini yazmaq niyyətindədə deyilik. Lakin məlumat xarakterli olaraq qeydləri sizlər çatırmağı özümüzə borc bilirik hörmətli dövlət orqanları. Gerisi sizə qalıb nə vaxt hansı saatda məsələyə tam təminatlı yanaşacaqsız…
Məsələnin o qədər dərin və bir o qədərdə qanunsuzluqlarla dolu olması bu məsələnin gündəmdə qalmasının vacibliyin üzə çıxarmışdır. Odur ki məsələ ilə bağlı silsilə olaraq məqalələrimizi oxumağınızı haqq səsini çıxaran xanıma hər kəsin dəstək olmasını gözləyirik.
TuranTv.Az