“Azər Türk Bank”dan müştəriləri itirəcək addım – “card to card” əməliyyatlarını məhdudlaşdırdı
“Azər Türk Bank” (ATB) “card to card” əməliyyatlarını məhdudlaşdırıb.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bank sözügedən əməliyyat üzrə günlük və aylıq limit müəyyən edib.
Belə ki, bank müştəriləri “card to card” üzrə günlük 15 dəfə, ay ərzində isə 60 əməliyyat apara bilər.
Bankın bu addımı sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib. Bildirib ki, ATB-nin bu addımı məntiqsizdir və nağdsız əməliyyatlar üçün bu bankın kartlarını istifadə edən müştərilərin itirilməsinə səbəb ola bilər.
Qeyd edək ki, “Azər Türk Bank” Azərbaycanda “card to card” əməliyyatlarını məhdudlaşdıran ilk bankdır.