Azərbaycan bu ilin iyun-iyul aylarında Cənubi Koreyada keçiriləcək beynəlxalq qida sərgisində iştirak edəcək.
“Zirvə yolu” xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Cənubi Koreyadan ölkəmizə alıcı missiyası çərçivəsində təşkil edilmiş tədbirdə bildirib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum ölkəmizi sözügedən sərgidə təmsil edəcək. AZPROMO rəhbəri Azərbaycanda fəaliyyət göstərən sahibkarları sərgiyə qatılmağa dəvət edib.