Martın 29-da “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Dəmir Bank” ASC-nin daşınar əmlakının satışı üzrə açıq hərraclar keçiriləcək.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Bankın ləğvedicisi – Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.
Söhbət “10-AH-773” dövlət qeydiyyat nişanlı, “BMW 760 LI” markalı nəqliyyat vasitəsindən gedir. Daşınar əmlakın dəyəri 31,5 min manatdır.