İdman gimnastikasının tamblinq növü üzrə 20-ci Azərbaycan çempionatı və Bakı birinciliyinin açılış mərasimi keçirilib.
“Zirvə yolu” xəbər verir ki, açılış mərasimi Milli Gimnastika Arenasında baş tutub.
Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra 3 klubdan ümumilikdə 33 gimnast növbə ilə tribuna önündən keçiblər.
Tədbirin davamında uşaq, yeniyetmə, gənc və böyüklərdən ibarət yaş qrupundan olan idmançılar çıxışlara başlayıblar.